Şirkət Tədarük-Təchizat şöbəsinin müdiri vəzifəsini icra edəcək peşəkar axtarır. Bu vəzifə şirkətin bütün tədarük/satınalma əməliyyatlarına, o cümlədən, logistika, davamlı və sərfəli anbar ehtiyatının planlaşdırılması və tədarükü, satınalma prosesinin effektivliyi və adekvatlığına nəzarət və rəhbərlik etməkdir. O, satınalma strategiyasına ümumi nəzarət və optimallaşdırılmasından məsul olmaqla, öhdəliyində olan əməkdaşların tədarük, əməliyyatlar və logistika ilə əlaqədar işinə rəhbərlik etməlidir. Əlavə olaraq, şöbə əməkdaşlarının, onların fəaliyyətinin və proseslərin şirkət standartlarına, o cümlədən müştəri tələblərinin keyfiyyətlə qarşılanması məqsədi ilə təyin edilmiş iş axınına uyğunluğu üçün məsuliyyət daşıyır.
Öhdəliklər:
Şirkətin ümumi satınalma və tədarük funksiyası üçün məsuliyyət və cavabdehlik daşımaq
Siyasətlər, təlimatlar, prosedurlar və s. daxil olmaqla şirkətin strateji tədarük/təchizat planı hazırlamaq və icra etmək
Təchizatçının seçilməsi və ya əməkdaşlığın dayandırılması, eləcə də təchizatçılarla əlaqədar qərarlar, qiymətləndirmə və təchizatçı zəncirinin rasionallaşdırılması üçün məsuliyyət daşımaq
Ölkə daxilində və xaricində təchizatçılarla münasibətləri idarə etmək və danışıqların məsul şəxs statusunda və strateji səviyyədə aparılmasına nail olmaq
Şöbə əməkdaşlarının işinə rəhbərlik və nəzarət etmək. İşçilərin yüksək səviyyəli iş icrasına nail olmaq üçün onları öyrətmək, yönləndirmək və inkişaf etdirmək
Davamlı olaraq anbarda mal qalığı vəziyyətini, bazardakı şərtləri və qoyulmuş proqnozları real şirkət satışları ilə müqaviyəli şəkildə təhlil etmək
Anbarda mal tükənməsi və imtina vəziyyətlərinin qarşısını almaq; təchizatçılara geri iadə prosesinə nəzarət etmək
Cari təchizatçı qiymətləri, çatdırılma şərtləri və s. nəzarət etmək və Office Lines üçün ən sərfəli həll yollarına nail olmaq
Şöbənin ümumi işini idarə etmək, hədəfləri müəyyən etmək və qoyulmuş tapşırıqların icrasını izləmək
Təyin edilmiş bütün tapşırıqların aydın, ünvanlı və sənədləşdirilmiş formada olmasına nail olmaq
Namizədə tələblər:
Ali təhsil (bakalavr və ya bənzər dərəcə)
Yüksək səviyyəli liderlik və idarəçilik bacarıqları
Təchizat zəncirinn idarə edilməsi və ya korporativ təchizat sahəsində iş təcrübəsi
Yüksək analitik və problemləri həll etmə bacarıqları
Excel və ERP proqramlarda işləmə bacarığı
Şirkətin işinə dəyər qatmaq, xərcləri azaltmaq və şirkətin fəaliyyətini yaxşılaşdırmaq bacarıqları
Müqavilələrin və digər sənədlərin idarə edilməsində təcrübə
İşlərin düzgün bölgüsü və paylaşdırılması, imtinaların idarə edilməsi, hədəflərə çatmaq üçün bilik və bacarıqlar
Bu vakansiya üçün müraciət forması:
Özlərini bu vəzifə üçün uyğun hesab edən namizələr peşəkar CV-lərini “Tədarük-Təchizat Şöbəsinin Müdiri” sözlərini qeyd etməklə göndərə bilərlər.
E-mail: hr@officelines.az