Təlimçilərimizlə tanış olun

Elçin Ərbəşiyev
Dövlət Dəniz və Liman Agentliyində Satınalma və Təchizat Departamentinin direktoru vəzifəsində çalışaraq, qurumun maddi-texniki təminatı ilə bağlı müxtəlif istiqamətlərdə satınalmaların həyata keçirilməsi və bu proseslərin icrasına nəzarəti uğurla idarə etmişdir. Həmçinin satınalma və təchizat sahəsində prosedurların hazırlanması və təkmilləşdirilməsi istiqamətində mühüm töhfələr vermiş, dövlət satınalmalarının idarə olunmasında effektiv və sistemli yanaşma formalaşdırmışdır. Hazırda satınalma və təchizat sahəsində həm nəzəri, həm də praktik biliklərini paylaşmaqla bu sahədə çalışan mütəxəssislərin inkişafına dəstək olmağı qarşısına məqsəd qoymuşdur.
8 ildən çox təcrübəsi var.

Yusif Yusifli
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunda dövlət vəsaiti, investisiya fondları, Dünya Bankı və Asiya İnkişaf Bankından alınan vəsait üzrə qəsəbələrin tikintisi, evlərin və iri həcmli yolların tikintisi, bütün kommunal- kommunikasiya tipli tikinti işləri, İT avadanlıqların alınması və onlara xidmət göstərilməsi, işğaldan azad olunmuş ərazilərə əhalinin köçürülməsi və orada onlara təbliğat-təşkilat xidmətlərinin görülməsi, qurumun balansında olan tikililərin əsaslı və cari təmiri işləri, müxtəlif tipli malların alınması, dövrü tələbatların ödənilməsi kimi, dəyəri 1 milyard manata yaxın satınalmaların təşkili və yekunlaşdırılmasını uğurla həyata keçirib və müvafiq müqavilələr bağlayıb.
8 ildən çox təcrübəsi var.

Yusif Axundov
Xarici və yerli tenderlərdə iştirak ilə bağlı fəaliyyətə 2013-cü ildə "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-də başlayıb və mütəmadi olaraq Türkiyə, Albaniya, Moldova, Gürcüstan, Hindistan, Qazaxstan və Özbəkistanda keçirilən satınalmalarda aktiv iştirak edib. Bundan əlavə “Körpü Tunel Tikinti” MMC, "Construction Business Group" MMC kimi tikinti sahəsində aktiv olan şirkətlərdə çalışaraq satınalma, sifarişlərin təşkili, nəzarəti və çatdırılması, sifariş sisteminin mərkəzləşdirilməsi, anbar işinin təşkili, mal-materialların və digər tələblərin vaxtında və keyfiyyətli təmininin asanlaşdırılması, sadələşdirilməsi sahəsində peşəkar təcrübəyə yiyələnmişdir. Hal-hazırda İT sahəsində ölkənin ən qabaqcıl şirkətlərindən biri olan "Caspel" MMC-də aparıcı tender mütəxəssisi vəzifəsində çalışır.