top of page

Dövlət satınalmaları: Yeni başlayanlar üçün

  • Kimlər üçün nəzərdə tutulub

    • "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun şamil edildiyi ​4000-dən artıq satınalan təşkilatda çalışmaq istəyən (bu sahəyə marağı olan)

      • tələbələr,

      • yeni məzunlar,

      • karyerasını dəyişmək istəyən şəxslər

    • artıq belə təşkilatlarda satınalma sahəsində yeni çalışmağa başlamış şəxslər

  • Nələr öyrədilir

    • ​satınalan təşkilat tərəfindən satınalmaların dövlət satınalmaları qanunvericiliyinə tam uyğun həyata keçirmək üçün bütün prosedurlar

    • dövlət satınalmalarının vahid internet portalından (e-tender.gov.az) istifadə

  • Təlim materialı

    • Təlimin əvvəlində bütün qanunvericiliyin olduğu toplu 

    • Hər dərsdən əvvəl həmin dərslərlə bağlı çıxarış (handout)

    • Təlimin sonunda xüsusi hazırlanmış materiallar

    • Təlim bitdikdən sonra 15 gün ərzində iştirakçıların təlim materialları ilə bağlı yazılı sualları ÖDƏNİŞSİZ cavablandırılır.

  • Təlim formatı

    • Əyani

    • Paraleldə onlayn

    • Dərslərin video qeydiyyatı aparılır, iştirakçının müraciəti əsasında istənilən 3 dərsin video qeydinə keçid təqdim edilir.

  • Təlimçi kimdir

    • dövlət satınalması sahəsində 10 ilə yaxın təcrübəsi olan, dəyəri yüz minlərlə olan onlarla satınalmanı uğurla həyata keçirmiş peşəkar mütəxəssis Elçin Ərbəşiyev

  • Təlimin keçirilmə müddəti və vaxtları

    • 20 saat

    • I / Bazar ertəsi 7, 14, 21, 28 aprel, 05 may (19:00 - 21:00)

    • IV / Cümə axşamı 10, 17, 24 aprel, 01 may (19:00 - 21:00)

    • VI / Şənbə - 17 may (10:00 - 11:00)​

  • İştirak haqqı (Təlimin ilk sessiyasına özəl - 100 AZN endirimli qiymət!)

    • ƏYANİ: 290 AZN

    • ONLAYN: 190 AZN

  • Ən azı 6 dərsdə iştirak edənlərə dövlət satınalmaları qanunvericiliyinə əsasən peşə hazırlığının təmin edilməsini təsdiq edən "İştirak sertifikatı" verilir.

  • Öyrəndiklərini və mövcud biliklərini yoxlamaq istəyən iştirakçılar təlim bitdikdən sonra keçirilən növbəti 3 imtahandan 1-də güzəştli şərtlərlə iştirak edə bilər.

Proqram

Dərs 1: Dövlət satınalmaları haqqında qanunvericiliyə giriş

  1. Dövlət satınalmaları qanunvericiliyinə aid sənədlər

    • Qanunvericilik sənədləri və hüquqi çərçivə.

  2. Satınalmada əsas anlayışlar

    • Əsas terminlər və anlayışların izahı.

  3. Qanunun tətbiq dairəsi

    • Dövlət satınalmalarının tətbiq edildiyi hallar.

  4. Dövlət satınalmalarının əsas prinsipləri

    • Şəffaflıq, rəqabət, bərabərlik və digər prinsiplər.

  5. Təchizatçıların satınalmalarda iştirakı

    • Təchizatçıların hüquq və vəzifələri.

  6. Satınalma hesabatı

    • Satınalma prosedurları üzrə hesabat və əlavə edilən sənədlər.

 

Dərs 2: Satınalma komissiyasının formalaşdırılması və satınalmaya cəlb olunan vəzifəli şəxslərə dair tələblər

  1. Satınalma mərhələləri

    • Satınalmaların mərhələ ardıcıllığı.

  2. Satınalma komissiyasının formalaşdırılması

    • Komissiyanın tərkibi və funksiyaları.

  3. Satınalmada maraqlar toqquşması

    • Maraqların toqquşması və bunun qarşısının alınması yolları.

  4. Satınalmada saxtakarlıq halları

    • Satınalma prosesində saxtakarlığın qarşısının alınma üsulları.

  5. Məxfilik və Davranış Kodeksi

    • Məxfilik prinsipləri və etik qaydalar.

 

Dərs 3: Satınalmanın planlaşdırılması, ehtimal olunan qiymətin hesablanması və Satınalma predmetinin təsvirinə aid tələblər

  1. Satınalmanın planlaşdırılması

    • İlkin satınalma planının hazırlanması.

    • Satınalma planının təsdiqi

    • Satınalma planında dəqiqləşdirmə aparılması

  2. Dövlət satınalmaları üzrə ehtimal olunan qiymətin hesablanması

    • Ehtimal qiymətinin hesablanma üsulları və tələbləri.

  3. Tələbin formalaşdırılması

    • Satınalma predmetinin təsvirinə dair tələblər, daxili sifarişçi ilə prosesin idarə edilməsi

 

Dərs 4: Satınalma metodlarının seçilməsi, elanlar və təkliflərin cəlb edilməsi

  1. Satınalma metodunun seçilməsi

    • Satınalma metodları və onlardan istifadə şərtləri.

  2. Satınalma elanları və təkliflərin cəlb edilməsi

    • Dövlət satınalmalarında iştirak, elan (dəvət) müddətləri, məzmunu, istifadə və iştirak haqqı, etibarsız təchizatçı, mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dair tələblər.

 

Dərs 5: Təchizatçıların uyğunluq meyarları və prosedurları

  1. Ümumi və xüsusi tələblər

    • Qiymətləndirmə meyarları və tətbiq üsulları

  2. Təchizatçıların uyğunluğunun əvvəlcədən müəyyənləşdirilməsi

    • Uyğunluq və qiymətləndirmə prosedurları.

 

Dərs 6: Şərtlər toplusunun və satınalma müqaviləsinin hazırlanması

  1. Şərtlər toplusunun hazırlanması

    • Şərtlər toplusunun predmetə uyğun tərtib edilməsi və hazırlanması.

  2. Müqavilənin hazırlanması

    • Müqavilə növləri və hazırlanma qaydası.

  3. Şərtlər toplusuna dair izahat və dəyişikliklər

    • Şərtlər toplusu ilə bağlı izah və dəyişikliklərə icazə verilən hallar və müddətlər

 

Dərs 7: Təkliflərin qiymətləndirilməsi və satınalma komissiyasının qərarları

  1. Təkliflərin təqdim edilməsi və açılması

    • Təkliflərin təqdim edilməsinə dair tələblər, təqdim edilən sənədlər (ümumi və xüsusi tələblər üzrə), təklifin təminatı, təklifin qüvvədə olma müddəti və təklifin açılması.

  2. Təkliflərin qiymətləndirilməsi

    • Uyğunluq sənədlərinin və təkliflərin qiymətləndirilməsi, təkliflərə dair izahat, tələblərə uyğunluq və çatışmazlıqlar, satınalma güzəşti və təklifin qiyməti ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı olması, təchizatçıların satınalmadan kənarlaşdırılması.

  3. Satınalmanın nəticəsi

    • Satınalma komissiyasının qərarvermə mexanizmi və qərarları, satınalmanın ləğv edilməsi, yekun protokol, gözləmə müddəti, təkliflərin

 

Dərs 8: Müqavilənin imzalanması və icrası

  1. Müqavilənin imzalanması

    • Müqavilənin imzalanması və qüvvəyə minməsi, icra təminatı və satınalma predmeti həcmin artırılıb-azaldılması.

  2. Müqavilənin icrası və tamamlanması

    • (İcraya başlama, subpodrat, avans, müqavilədə dəyişiklik, müqavilə üzrə ödəmələr, müqavilənin icrasına nəzarət, müqavilə münasibətləri və müqavilənin tamamlanması)

  3. Satınalma ilə bağlı şikayətlər

    • Şikayət vermək hüququ, satınalan təşkilata şikayət, nəzarət orqanına şikayət, satınalmanın dayandırılması və inzibati qaydada şikayət və qanunun pozulmasına görə məsuliyyət)

 

Dərs 9: Praktik məşğələ

  1. Mal, iş və ya xidmət üzrə müsabiqə mərhələləri

    • Müsabiqənin ilkin mərhələsindən tamamlanmasına qədər olan proseslərin təkrarı.

    • Müsabiqə zamanı tez-tez qarşılaşılan problemlər.

Dərs 10: Təlimin yekunlaşdırılması

  1. Təlim üzrə iştirakçıların yekun suallarının cavablandırılması

    • İştirakçılar tərəfindən verilən sualların cavablandırılması.

  2. Təlimin qiymətləndirilməsi və geribildirim alınması

    • Təlimin qiymətləndirilməsi və iştirakçılardan geribildirim alınması.

Qeydiyyat

Digər məlumat üçün: +994 51 518 84 49 (whatsapp)​​

 

Ödənişlərin geri qaytarılması: iştirakçı tərəfindən edilən ödənişlər tələb olunduğu halda aşağıdakı qaydada geri qaytarılır: 

  • hər sessiya üçün yuxarıda qeyd olunan tarixə qədər müraciət edildikdə - 100% - tam

  • bu tarixdən sonra tədbir başlayana qədər müraciət edildikdə - 25% tutulma ilə

  • tədbir başladıqdan sonra  - geri qaytarılmır, növbəti sessiyaya keçirilə bilər

bottom of page