top of page

Dövlət satınalmaları: Mütəxəssislər üçün

  • Dövlət satınalmaları sahəsinə yeni başlayan və ya daha az təcrübəsi olan mütəxəssislər üçün yeni qanunvericiliyin (qanun, qərar və fərmanların) bütün tələbləri və prosedurları A-dan Z-yə əyanionlayn təqdim edilir (1).

  • Əyani qeydiyyatdan keçmiş şəxslər istədikləri vaxt dərslərə onlayn da qoşula bilərlər.

  • Onlayn dərslər əyani dərslərlər paralel, eyni vaxtda canlı olur.

  • Bundan başqa dövlət satınalmalarının vahid internet portalından (e-tender.gov.az) istifadəyə dair əyani təqdimatla satınalma prosedurunun elektron keçirilməsi göstərilir.

  • Dərslərin video qeydiyyatı aparılır, iştirakçınının müraciəti əsasında istənilən 2 dərsin video qeydinə keçid təqdim edilir. Təlimin sonunda xüsusi hazırlanmış materiallar, o cümlədən təqdimatda qanunvericilikdə olmayan hissələrə və ya təhlillərə dair çıxarış təqdim edilir (2)

  • Ən azı 6 dərsdə iştirak edənlərə dövlət satınalmaları qanunvericiliyinə əsasən peşə hazırlığının təmin edilməsini təsdiq edən* İştirak sertifikatı (3) verilir.

  • Öyrəndiklərini və mövcud biliklərini yoxlamaq istəyən iştirakçılar endirimli şərtlərlə imtahanda iştirak edə bilər.

  • Tədbirdən sonra yaranan suallar ilə bağlı iştirakçılar keçiriləcək sual-cavab sessiyalarında endirimli şərtlərlə iştirak edə bilər.

  • Təlim bitdikdən sonra 10 gün ərzində iştirakçıların təlim materialları ilə bağlı BÜTÜN sualları ÖDƏNİŞSİZ cavablandırılır.

* “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin birinci cümləsinə uyğun olaraq hazırlanmış Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 11 yanvar tarixli 2 nömrəli Qərarı ilə təsdiq edilmiş Satınalmalara cəlb olunan vəzifəli şəxslərin Davranış Kodeksinin 7.3-cü bəndinə əsasən Satınalan təşkilat tərəfindən satınalma komissiyası formalaşdırıldığı tarixdən etibarən 3 (üç) ay ərzində komissiyanın hər bir üzvü peşə hazırlığının təmin edilməsi məqsədilə dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının qanunvericiliyi barədə təlimə cəlb edilir. Hər bir komissiya üzvü 2 (iki) ildə bir dəfədən az olmayaraq qeyd edilən təlimə cəlb edilir və onlara bu barədə təsdiqedici sənəd təqdim edilir. Belə təsdiqedici sənəd satınalan təşkilat tərəfindən nəzarət orqanına onun tələbi ilə təqdim edilməlidir.

Məqsədi

Kimlər üçündür

  • Satınalan təşkilatların (4) dövlət satınalmaları sahəsində çalışan satınalma mütəxəssisləri

  • Satınalma komissiyasının üzvləri

  • Təklif hazırlayan təklif, satış və marketinq mütəxəssisləri

  • Dövlət satınalmaları sahəsinə yeni başlayanlar və ya başlamaq istəyənlər (5)

Nə öyrədiləcək

  • Satınalma haqqında təməl və vacib məlumatlar

  • Dövlət satınalmalarını haqqında qanunvericiliyin tez-tez tətbiq olunan əsas maddələrinin təhlilini

  • Dövlət satınalmalarını haqqında qanunvericiliyin praktikada tətbiqini

Tələblər

  • Dövlət satınalmaları haqqında minimal biliklər

Təlim barədə

Müddət: 16+1 saat (8 dərs)

Təlimin keçiriləcəyi yer: Worklab Coworking Center (Fikrət Əmirov 1, Hökumət Evinin arxası)

Təlimin vaxtları: 

  • I sessiya: 5, 9, 12, 14, 19, 21, 26 və 28 fevral (19:00 - 21:00) +9 mart (10:00-12:00) (tamamlandı☑️) 

  • II sessiya: 5, 7, 14, 15, 27, 29 mart, 1 və 3 aprel (19:00 - 21:00) +20 aprel (10:00-12:00) (tamamlandı☑️)

  • III sessiya: 15, 17, 22, 24, 29 aprel, 1, 6, 8 və +14 (o) may (19:00 - 21:00) +19 may (10:00-12:00) (tamamlandı☑️)

  • IV sessiya:  7 (20:00-21:00), 10, 13, 15, 17, 20, 22 və 27 may (19:00 - 21:10) +   1 iyun (17:00-18:00) (tamamlandı☑️)

  • V sessiya (sadəcə onlayn): 24, 27 iyun, 1, 3, 8, 10, 15 və 17 iyul (19:30 - 21:30) + 20 iyul (əyani 10:00-11:00)  (tamamlandı☑️)

  • VI sessiya: 23, 25, 30 sentyabr, 2, 7, 9, 14 və 16 oktyabr (19:00 - 21:00) + 19 oktyabr (16:30-17:30)  (tamamlandı☑️)

  • VII sessiya: 25, 27 noyabr, 2, 4, 9, 11, 16 və 18 dekabr (19:00 - 21:00) + 21 dekabr (10:00-11:00)  (qeydiyyat başladı ⏳)

Təlimçi

Qeydiyyat və ödəniş  

Erkən qeydiyyat tarixi: 14 noyabr (VII sessiya)

İştirak haqqı:

  1. Korporativ:

    • ƏYANİ: 520 AZN, eyni şirkətdən eyni müqavilə üzrə 2 iştirakçı olduqda 2-ci iştirakçıya, 3 və daha artıq iştirakçı olduqda isə bütün iştirakçılara endirimlə 490 AZN

    • ​ONLAYN: 420 AZN, eyni şirkətdən eyni müqavilə üzrə 2 iştirakçı olduqda 2-ci iştirakçıya, 3 və daha artıq iştirakçı olduqda isə bütün iştirakçılara endirimlə 390 AZN

    • Əyani və onlayn 2 iştirakçı olduqda onlayn iştirakçıya endirim tətbiq olunur

  2. Nağd:

    • ƏYANİ: 490 AZN, erkən qeydiyyat tarixinə qədər + 100% əvvəldən ödəniş endirimlə 460 AZN

      • 2 mərhələdə ödənilə bilər: avans 260 AZN + 4-cü dərsdən əvvəl 230 AZN

    • ONLAYN: 390 AZN, erkən qeydiyyat tarixinə qədər + 100% əvvəldən ödəniş endirimlə 370 AZN.

      • 2 mərhələdə ödənilə bilər: avans 230 AZN + 4-cü dərsdən əvvəl 160 AZN

Digər məlumat üçün: +994 51 518 84 49 (whatsapp)

Ödənişlərin geri qaytarılması: iştirakçı tərəfindən edilən ödənişlər tələb olunduğu halda aşağıdakı qaydada geri qaytarılır: 

  • hər sessiya üçün erkən qeydiyyat tarixinə qədər müraciət edildikdə - 100% - tam

  • bu tarixdən sonra təlim başlayana qədər müraciət edildikdə - 10% (onlayn 5%) tutulma ilə

  • lim başladıqda:

    •  1-ci dərsdən sonra - 15% (onlayn 10%) tutulma ilə

    • 2-ci dərsdən sonra - 30% (onlayn 20%) tutulma ilə

    • 3-cü dərsdən sonra geri qaytarılmır

⚠️ TƏLİMDƏ QEYDİYYATDAN KEÇMƏDƏN ƏVVƏL BUNLARI NƏZƏRƏ ALIN⚠️

Bu səhifədə yazılan məlumatları diqqətlə oxumağınız tövsiyə olunur. Təlimdə qeydiyyatda keçməklə iştirakçı bu şərtləri qəbul etmiş hesab edilir.

(1) Dərslər EYNİ VAXTDA-paralel canlı yayımlanır. Onlayn iştirakçılara dərsə keçid vasitəsilə qoşulub iştirak edirlər, suallarını verə bilirlər. Əyani iştirakçılar təlimçinin iştirakı təqdimatı təlim məkanında televizordan, onlayn iştirakçılar isə qoşulduqları cihazdan (mobil telefon, kompüter, tablet və s.) izləyirlər (veb kamera açılmır). Onlayn iştirakçıların suallarını hər kəs eşidə bilir, əyani iştirakçıların suallarını onlayn iştirakçılar bəzi hallarda tam eşitməsə də təlimçi sualların bir qismini səsləndirib cavablayanda onlayn iştirakçı bunu eşidə bilir. Əyani iştirakçılar da istədikləri vaxt onlayn qoşulub dərsdə iştirak edə bilər. Dərs zamanı yalnız təlimçinin danışıqlarının eşidilməməsi ilə bağlı hal olduğu təqdirdə onlayn iştirakçıları üçün əvəzləyici dərslər təşkil ediliir. 

(2) Bütünü dərslərin video qeydləri, həmçinin bütün təqdimat təqdim olunmur. Təqdim olunmuş videoqeydlərə giriş 1 aydan sonra bağlanır. 

(3) Sertifikat sizin bu təlimdə iştirakınızı təsdiq edən sənəddir, ölkəmizdə dövlət satınalmalı sahəsində dövlət tərəfindən tanınan heç bir sertifikat yoxdur. Dünyada satınalma sahəsində tanınan bir neçə sertifikat var (məsələn CIPS, ISM və s.) lakin bunların heç biri Azərbaycanda tətbiq olunan dövlət satınalmaları prosedurlarını əhatə etmir, ümumi satınalma prosedurlarını öyrədir. Təlimdə iştirak edənlər və ya etməyənlər öyrəndiklərini yoxlamaları üçün İmtahanda iştirak edə bilərlər. Bu imtahanda təlimlərdə iştirak edərək 50%-dən yüksək nəticə toplayanlara "Tamamlama sertifikatı", sadəcə imtahanda iştirak edənlərə isə "Müvəffəqiyyət sertifikatı" verilir. "İştirak sertifikatı" ilə müqayisədə "Tamamlama sertifikatı" və ya "Müvəffəqiyyət sertifikatı" sizin real biliyinizin ölçməyə imkan verir. TST və ya istənilən digər kurslar tərəfindən təşkil edilən və hər hansı imtahan ilə bilikləri ölçməyən, sadəcə təlimdə fiziki iştiraka görə verilən istənilən sertifikatın real faydası olmur (yəni heç kim sizə "filan sertifikatın varsa gəl işlə" deməyəcək, "gəl görüm nə öyrənmisən" deyəcək.). Sadəcə ödəniş edib, heç bir dərsdə iştirak etməyənlərə sertifikat verilmir!

 

(4) Satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət adından yaradılan publik hüquqi şəxslər, paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və digər dövlət müəssisə və təşkilatları (idarələri)

(5) Yeni başlayanların təlim materiallarını daha yaxşı mənimsəyə bilmələri üçün qanunvericilik ilə əvvəldən tanış olub bütün qanunvericilik sənədlərini bilən şəxslər 2 dəfə oxumalıdırsa yeni başlayan ən az 3 dəfə oxumaqları şərtdir, bunu etmədikləri təqdirdə bu təlimdə iştirakları faydalı olmayacaqdır, iştirak etməmələri tövsyə olunur (buna görə məsuliyyət daşımırıq)! Bundan başqa bu təlimdə bir çox halda bu sahədə az və ya çox təcrübəli şəxslərin iştirak etdiklərini nəzərə almaqları xahiş olunur. Həmin şəxslərin sadəcə 1 dəfə bu təlimə qatılmaqla hər hansı təcrübə olmadan bütün prosedurları müfəssəl mənimsəyib tətbiq edə bilməklərini gözləməmələri tövsiyə olunur. Satınalma geniş sahədir bu sahədə peşəkarlaşmaq istəyənlərin davamlı öz üzərində çalışması labüddür! Nə ölkədə, nə də dünyada heç bir təlim satınalmanı 16-20 saatlıq dərs ilə öyrədə bilməz, bunu etdiklərini deyənlərə etibar etməyin! Qanunvericilik sənədlərinin oxunmasına dair tələbləri yerinə yetirən yeni başlayanlar dərsləri yaxşı mənimsəmələri üçün dəstək göstərilir, o cümlədən dərslərdən sonra əlavə sualları yazılı olaraq təqdim etdiyi təqdirdə cavablandırılır.

Onlayn
Sertifikat
Satınalan təşkilat
Yeni başlayan
Təqdimat
  • TST_Facebook
  • TST_LinkedIn
  • TST_Instagram
  • TST_YouTube
  • TST_Telegram
  • TST_Mail
  • TST Telegram qrup

Məlumat və yeniliklərdən vaxtında xəbərdar olmaq üçün

Abunəliyiniz qeydə alındı!

© 2024 TST

Bu səhifənin və burada paylaşılanların İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə heç bir əlaqəsi yoxdur!
Qurumun rəsmi səhifələri competition.gov.azetender.gov.az-dır.

bottom of page