top of page

Satınalmanın təsnifatlaşdırılması və onun tətbiqi

Satınalmaların təsnifatlaşdırılması satınalma predmetlərinin spesifik xüsusiyyətlərə əsaslanaraq xüsusi qruplara və ya kateqoriyalara bölünməsi prosesidir. Təsnifatlaşdırma satınalma prosesinin strukturlaşdırılmasını təmin edərək, müəssisələrin satınalma ehtiyaclarını idarə etməyi asanlaşdırır. Bu təsnifatlar daha sonra satınalmaları birlikdə qruplaşdırmaq və hansı məhsul və ya xidmətlərin satın alınacağı ilə bağlı daha yaxşı qərarlar qəbul etmək üçün istifadə olunur.


Hal-hazırda dünyada ən yayğın tətbiq olunan 2 təsnifatlaşdırma sistemi mövcuddur:

  1. Common Procurement Vocabulary (CPV), yəni satınalmanın ümumi lüğəti

  2. United Nations Standardized Products and Services Code (UNSPSC), yəni Birləşmiş Millətlərin Təşkilatının Standartlaşdırılmış Məhsullar və Xidmətlər Kodu


Ümumi satınalma lüğəti

Ümumi Satınalma Lüğəti (ÜSL) vahid təsnifat sistemi vasitəsilə dövlət satınalmalarında predmetləri təsvir etmək və satınalmaya dəvətin işlənməsini asanlaşdırmaq məqsədilə Avropa İttifaqı tərəfindən hazırlanaraq ilk dəfə 5 noyabr 2002-ci ildə Avropa İttifaqının Rəsmi Jurnalında (Official Journal of the European Union - OJEU) dərc edilmiş16 dekabr 2003-cü il tarixindən bütün Avropa İttifaqının bütün üzv dövlətlərində birbaşa tətbiqinə başlanılmışdır. 4 aprel 2008-ci il tarixində ÜSL siyahısına əsaslı dəyişiklik edilərək və əlavə dəstəkləyici kodlar (supplementary codes) əlavə edilmişdir, (ondan sonrakı ciddi dəyişikliklər olmamışdır). ÜSL qaydasına ən sonuncu dəyişiklik 10 iyul 2022-ci il tarixində edilmişdir.


Rəqəmsal kod 8 rəqəmdən ibarətdir və aşağıdakılara bölünür:

  • Bölmələr: XX000000-Y kodunun ilk iki rəqəmi.

  • Qruplar: XXX00000-Y kodunun ilk üç rəqəmi.

  • Siniflər: XXXX0000-Y kodunun ilk dörd rəqəmi.

  • Kateqoriyalar: XXXXX000-Y kodunun ilk beş rəqəmi.


ÜSL kodunun cari versiyasının excel formatında buradan endirə bilərsiniz.


Birləşmiş Millətlər Təşkilatının Standartlaşdırılmış Məhsullar və Xidmətlər Kodu

Birləşmiş Millətlər Təşkilatının Standart Məhsullar və Xidmətlər Kodu (BMTSMXK) 1998-ci ildə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) və "Dun & Bradstreet" tərəfindən birgə işlənib hazırlanmışdır. 2003-cü ildən etibarən o, GS1 US tərəfindən idarə olunur.


Kod sisteminə indiyə qədər dəfələrlər dəyişiklik edilərək təkmilləşdirilmişdir. Ən sonuncu versiya olan v26_0801 08 avqust 2023-cü il tarixində yenilənmişdir.


Kodun dörd əsas səviyyəsi bunlardır: Seqment, Ailə, Sinif və Əmtəə. Hər bir səviyyə iki onluq rəqəmlə kodlanır, seqmentlərə, ailələrə və siniflərə öz səkkiz rəqəmli kodları vermək üçün '00' xüsusi işlənir.

  • Seqment 10000000 - Canlı Bitki və Heyvan Materialı, Aksesuar və Təchizat

  • Ailə 10100000 - Canlı heyvan

  • Sinif 10101500 - Heyvandarlıq

  • Əmtəə 10101501 - Pişiklər


ÜSL vs BMTSMXK

Satınalma predmeti səviyyəsində istifadə etmək üçün CPV-də 5, UNSPSC-də 3 əsas kateqoriya və subkateqoriya mövcuddur. Bundan başqa CPV-də satınalma predmetinin təsvirini əlavə olaraq dəqiqləşdirmək üçün 1000-ə yaxın əlavə kodlar var. CPV əsasən satınalma predmeti səviyyəsində, UNSPSC isə predmet və nomenklatur səviyyəsində istifadə üçün yararlıdır. Digər tərəfdən CPV-də predmet səviyyəsində UNSPSC-dən əlavə 2 alt-kateqoriyasının olması axtarışı çətinləşdirir.


Kod sayı olaraq müqayisə aşağıdakı kimidir:


Dövlət satınalmalarında təsnifat kodu

Dövlət satınalmalarının vahid internet portalında bir müddət qeyri-rəsmi də olsa Ümumi satınalma lüğətindən istifadə olunsa da "Dövlət satınalmaları haqqında" yeni qanunun tətbiqi ilə rəsmi olaraq təsnifat kodlarının siyahısı Birləşmiş Millətlər Təşkilatının Standart Məhsul və Xidmət Kodlarının hal-hazırda ən sonuncu 260801-ci versiyası əsasında hazırlanaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 dekabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Həm NK tərəfindən təsdiq edilmiş, həm tam siyahının excel formasını buradakı keçidə daxil olaraq əldə edə bilərsiniz.


NK qərarında obyektiv səbəblərdən (qısa müddətdə tam siyahı tərcümə edilə bilinmədiyindən) bütün siyahı yox predmet səviyyəsindəki 8614 kod təsdiq edilmişdir. Lakin portalda qeyri-rəsmi (Google tərcümə) tərcümə ilə bütün siyahı yerləşdirilmişdir (avtomat tərcümə olunduğu bəzilərində xətaların olması nəzərə alınmalıdır və əgər azərbaycan dilində tapılmayan maddələr olduqda ingiliscə axtarılmağı tövsiyə olunur). Qərara əsasən iş və xidmətlərdə kodlardan sadəcə predmet səviyyəsində, mallarda isə bütün sətirlər üzrə (yəni hər bir mala müvafiq kod) tətbiqi zəruridir. Texniki imkanlar baxımında iş və xidmətlərdə də hər sətirdə kod yazılması tələb olunsa da satınalan təşkilat hər sətir üçün ayrı kod yox predmet üçün yazdığı kodun eynisini yazmağı kifayət edir.


Satınalmanın təsnifatlaşdırılması dövlət satınalmalarında satınalma predmetlərinin vahid formaya salınıb təchizatçılar üçün əlçatanlığın artırılması və satınalan təşkilatların aldığı mal, iş və xidmətlərin həcm və məbləğlər üzrə datasının toplanaraq təhlil edilməsi məqsədini daşıyır.


Bu kod sisteminin zamanla daha təkmilləşdirilib, istifadə rahatlığının artırılması üçün yeni funksionallıqların təqdim edilməsi, o cümlədən təchizatçıların seçdikləri kateqoriyalar üzrə elanlar olduqda məlumatlandırma bildirişlərinin göndərilməsi və buna bənzər digər işlərin görülməsi nəzərdə tutulub.


Ən çox istifadə edilən kodlar

Ən çox istifadə edilən təsnifat kodlarının siyahısını bu keçiddən əldə edə bilərsiniz.


Əgər yuxarıdakı siyahıda olmayan hər hansı predmeti hansı koda aid olduğunu tapmaqda çətinlik çəkirsinizsə bu məqalənin şərh bölməsində həmin predmeti yazaraq bizə bildirdiyiniz halda biz onunun kodunu tapıb siyahıya daxil edəcəyik.

コメント

5つ星のうち0と評価されています。
まだ評価がありません

評価を追加
bottom of page