Şirkətdə kilid vəzifələrdə işə başlayıb rəhbər vəzifələrə qalxmaq potensiyalı yüksək olan karyera yolu ilə maraqlananlar üçün təchizat zəncirinin idarə olunması sahəsi yaxşı fürsətdir. Təchizat zəncirinin idarə olunması çox geniş öhdəlikləri əhatə etdiyindən bu sahədə bir-birindən fərqli, eyni zamanda ortaq öhdəlikləri olan müxtəlif vəzifələr və iş imkanları var. Bütün vəzifələri aşağıdakı kateqoriyalarda cəmləşdirmək olar:
Satınalma
Satınalma üzrə mütəxəssis / Satınalma(lar) üzrə mütəxəssis (procurement specialist) / Satınalma məmuru (Procurement officer) / procurement clerk) / Təchizat üzrə mütəxəssis / Təchizatçı (supplier) / Satınalma üzrə koordinator (Procurement coordinator), alıcı (buyer / purchaser) / Alış mütəxəssisi / alış üzrə mütəxəssis (buying specialist / purchasing specialist / purchasing agent), xarici satınalma üzrə mütəxəssis, Daxili satınalma üzrə mütəxəssis, Satınalma meneceri (procurement manager / purchasing manager), Baş satınalma direktoru (Chief Procurement Officer - CPO), Satınalma üzrə direktor (Procurement Director)
(Order Processing Coordinator / Order management specialist)
Mənbə axtarışı üzrə mütəxəssis / Bazar araşdırmaları üzrə mütəxəssis (Sourcing specialist)
Dövlət satınalmaları üzrə mütəxəssis (public procurement specialist) / tender mütəxəssisi / tender üzrə mütəxəssis (tendering specialist / bidding specialist)
*Təchizat zənciri üzrə mütəxəssis (Supply chain specialist) / Təchizat zənciri əməliyyatları üzrə mütəxəssis (Supply Chain Operations Specialist), Təchizat zəncirinin idarəolunması üzrə Menecer, Təchizat zəncirinin idarəolunması meneceri, Təchizat zənciri üzrə menecer (Supply chain manager)
Müqavilə mütəxəssisi / Müqavilələr üzrə mütəxəssis (contracts specialist), Müqavilə meneceri (Contract Manager) / Kommersiya və müqavilələr üzrə menecer (Commercial & Contracts Manager) / Müqavilə inzibatçısı / Müqavilə administratoru (Contracts Administrator) / Subpodratçılar üzrə mütəxəssis / Subpodrat mütəxəssisi (Subcontracts specialist)
Kateqoriya meneceri (Category Manager)
Təchizatçı üzrə menecer / vendor menecer (Vendor Manager / Supplier Manager)
Anbar və inventar
Anbardar / Anbar üzrə nəzarətçi / Anbar mütəxəssisi (warehouseman) / Mal-material nəzarətçisi (Material Controller) / Mal-material meneceri (Material manager), Baş anbardar (Warehouse supervisor), Anbar müdiri, Anbar operatoru, Anbar meneceri (Warehouse manager)
Stok Analitik (stock analyst)
Yığım operatoru, Çeşidləyici, sayım mütəxəssisi, sifariş toplama operatoru
İnventara Nəzarət Meneceri (Stock Control Manager), İnventar planlama və nəzarət mütəxəssisi (Inventory planning and control specialist) / İnventarlaşdırma üzrə mütəxəssis (inventory specialist / stock specialist), İnventar meneceri (inventory manager)
Logistika və nəqliyyat
Logistika üzrə koordinator, Logistika üzrə mütəxəssis / Logistik əməliyyatlar üzrə mütəxəssis (Logistic Operation Specialist), Logistika üzrə menecer (Logistics manager), Logistika üzrə analitik (Logistics analyst)
Nəqliyyat üzrə dispetçer, Nəqliyyat Planlayıcısı (Transportation planner), Nəqliyyat Mütəxəssisi (Transportation specialist)
Sürücü ekspeditor, Paylaşdırma üzrə mütəxəssis (Distribution specialist)
İdxal-ixrac üzrə mütəxəssis (Import-export specialist), Gömrük işləri üzrə mütəxəssis / Gömrükləmə üzrə mütəxəssis (Customs specialist) Gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssis (Customs clearance specialist), Gömrük təmsilçisi - broker (customs representative/broker), Gömrük əməliyyatları üzrə operator, Gömrük bəyannaməçisi / Gömrük bəyannamələri üzrə mütəxəssis (Customs Declaration Specialist), İxrac koordinatoru (export coordinator)
Planlama
Planlama üzrə mütəxəssis (planning specialist)
Təchizatın planlayıcısı (supply planner)
İstehsal planlayıcısı (production planner)
Tələbin proqnozlaşdırılması üzrə menecer (Demand planning manager), Tələbin proqnozlaşdırılması üzrə mütəxəssis (Demand planning specialist)
Əməliyyat
Prosesə nəzarət üzrə mütəxəssis
Əməliyyat meneceri / əməliyyat müdiri (operation manager) / əməliyyat mühəndisi (operation engineer) / Baş əməliyyat direktoru (Chief Operation Officer - COO)
Layihə meneceri (Project manager)
Program manager (Proqram meneceri)
Qeyd olunan əsas kateqoriyalar üzrə əsas iş öhdəlikləri nələrdir?
Anbar və inventar
Anbara daxil olan malların qəbulu, uçotu və çıxarılması işlərini yerinə yetirmək
Malları anbara qəbul edərkən, müvafiq sənədlər əsasında malların faktiki miqdarının (yer sayının), qablaşdırılmanın vəziyyətini yoxlamaq
Malların xüsusiyyətindən asılı olaraq anbarda düzgün yerləşdirilməsini və saxlanılmasını təşkil etmək
Anbardan mal çıxışına nəzarət etmək
Anbarın səmərəliliyinin artırılması və sifarişlərinin icrasını sürətləndirməyə dair işin aparmaq
Malların yüklənilməsi/boşaldılması
Malların yerdəyişdirilməsini təmin etmək
Malların təhlükəsizliyindən cavabdeh daşımaq;
Sifarişə uyğun olaraq malların yığılaması və göndərilməsi
Logistika və nəqliyyat
Logistik sxemlərin tətbiqi və inkişafı, mövcud logistik sxemlərin optimallaşdırılması
Nəqliyyat dəyərinin hesablanması və təqdim edilməsi
Nəqliyyatın planlaşdırılması və sifarişi
İdxal və İxrac əməliyyatlarına nəzarət
Təmsil etdiyi şirkətdən alınmış sənədlərin və gömrük məqsədləri üçün zəruri olan məlumatların düzgünlüyünün yoxlanması
Gömrük orqanlarına sənədlərin və gömrük məqsədləri üçün zəruri olan əlavə məlumatların təqdim edilməsi
Nəqliyyat şirkətləri, brokerlər və gömrük orqanları ilə əməkdaşlıq
Bazar qiymətlərinin monitorinqi,güvənli yerli və xarici logistika şirkətlərinin tapılması və risklərin dəyərləndirilməsi
Şirkətə aid olan yüklərin hərəkətinin izlənilməsi, lazımi hesabatların tərtibi və müvafiq şöbələrə məlumatın ötürülməsi;
Sərhəd keçid stansiyalarından keçən bütün yüklərin, idxal, ixrac, tranzit, dəhliz rejimində keçən yüklərin məlumatlarının düzgünlüyünü yoxlamaq;
Sərhəd keçidləri haqqında məlumat toplamaq və onları müvafiq işçilərə göndərmək.
Daşınma, ekspeditor və malların daşınması ilə əlaqədar digər xidmətlər üçün müqavilələrin bağlanmasını təmin etmək;
Nəqliyyat planlarının işlənib hazırlanmasını həyata keçirmək;
Daşınma xərclərinin effektivliyini artırmaq üçün yüklərin geopozisiyasını regionlara görə optimallaşdırmaq;
Nəqliyyatın texnoloji prosesini təşkil etmək;
Nəqliyyat və texnoloji prosesin sənəd dövriyyəsini təmin etmək;
Nəqliyyatın keyfiyyətini və yükün vaxtında verilməsini təhlil etmək;
Məhsulların daşınması şərtlərini müəyyənləşdirmək, geri qaytarılmış məhsulların qəbulu və yerləşdirilməsi üzrə işləri əlaqələndirmək, yenidən işlənməyə göndərmək;
Logistikada risk menecmentini həyata keçirmək-avadanlıq, mal, xammal, material, yük, daşıyıcı məsuliyyəti üçün sığorta təmin etmək;
Müştərilərə gömrük təmsilçiliyi sahəsində xidmət paketini təqdim etmək;
Gömrük rəsmiləşdirilməsini həyata keçirmək;
Gömrük bəyannamələrinin tərtib olunması;
Gömrükləmə üçün lazım olan sənədlərin yığılması və prosesi idarə etmək;
Tranzit, idxal, ixrac yüklərin sənədlərinin gömrükləməyə qədər hazırlanması;
İdxal-ixrac zamanı yüklərə aid müvafiq orqanlardan icazənin alınması;
Gömrük rəsiləşdirilməsi məqsədi ilə malın gömrük sənədlərindəki məlumatların yoxlanılması;
Müqavilə şərtlərinə əsasən yüklərin sifarişçinin ünvanına çatdırılmasında iştirak;
Yüklərin göndərilməsi üçün müvafiq nəqliyyat vasitələrinin seçimində iştirak;
Yüklərin daşınmasına nəzarət, gömrükləşdirmə məsələlərinin təşkili,
Planlama
Satış və bazar araşdırmasından gələn təxmini plan çərçivəsində həftəlik,aylıq və ya illik olmaqla istehsal planlamasını hazırlamaq;
Əldə olan və yeni təmin edilən məhsulu stokda saxlayaraq doğru şəkildə paylanmasını həyata keçirtmək;
Planlamaya daxil olan təxmini sifarişlərə görə daxili və xarici bazardan satınalma yolu ilə alınacaq məhsulları müəyyən edərək bağlı olduğu rəhbərə bildirmək;
İstehsal olunmuş məhsulun stokunu təqib etmək və stokda əksilən məhsulların istehsal planını vermək;
Kənardan alınan məhsulların müddətinə və istehsal həcminə görə stoku formalaşdırmaq;
Xüsusi kampaniyalar zamanı istehsal olunan məhsulların siyahısını hazırlayıb bağlı olduğu rəhbərinə təqdim etmək
Əməliyyat
Müəssisənin illik büdcəsinin və tədbirlər planını müəyyən etmək və idarəetmə sisteminin təkmilləşdirilməsini təşkil etmək;
Müəssisədə istehsalın təşkili və hazır məhsul planlarının yerinə yetirilməsinə nəzarət etmək
Müəssisənin davamlı fəaliyyəti üçün vacib olan xammal, material və s. təchizat planını hazırlamaq;
Müəssisənin qarşısında qoyulan istehsal planlarının yerinə yetirilməsini və istehlaka nəzarəti təmin etmək;
İşçilər tərəfindən texnoloji, istehsal və əmək intizamına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarına riayyət olunmasına nəzarət etmək;
Müəssisədə biznes proseslərin tətbiq olunmasına nəzarət etmək;
Mövcüd biznes proseslərin təkmilləşdirilməsinə dair təkliflər irəli sürmək.
Satınalma ilə koordinasiyalı formada işləmək
Ümumi hesabatları tərtib etmək və rəhbərliyə təqdim etmək
*Bəs bütün bu işləri bir nəfər görə bilər?
Təbii ki hamısını da olmasa "Təchizat zənciri meneceri" vəzifəsini icra edən şəxsdən bu sahələrdən hər biri üzrə aşağıda qeyd edilən öhdəlikləri icra etmək tələb olunur:
Şirkətin təchizat zənciri strategiyasını yaratmaq
Göndərmə və çatdırılma proseslərindən məlumatları təhlil etmək
KPI-ları qiymətləndirmək və hesabat vermək
Sorunsuz işləməsini təmin etmək üçün logistikaya nəzarət etmək
Təchizat zəncirinin inventarını və qeydiyyatını aparmaq
Təchizat zənciri prosesləri üçün sərfəli həllər tapmaq
Biznesin inkişafı üçün əlaqələndirilmiş planlar yaratmaq üçün digər şöbələrlə əməkdaşlıq etmək
Təchizat zənciri proseslərinin qanuni tələblərə və standartlara cavab verməsini təmin etmək
Daha sərfəli müqavilələr bağlamaq üçün təchizatçılar və satıcılarla əlaqə saxlamaq və danışıqlar aparmaq
düzgün məhsulları əldə etmək üçün satınalma menecerləri və alıcılarla işləmək
təchizatçılar və müştərilərlə müqavilələr bağlamaq
istehsal və çatdırılma proseslərinə nəzarət etmək
hədəflərin yerinə yetirilməsini təmin edən logistik strategiyanı planlaşdırmaq və həyata keçirmək
məhsulun saxlanmasına, daşınmasına və paylanmasına nəzarət etmək
proqnozlar və inventarlar üzərində işləmək, prosesin dəqiq uçotunu aparmaq və performansı təhlil etmək
keyfiyyəti qoruyarkən çəkilən xərcləri idarə etmək
ümumi təchizat zəncirinin performansını yaxşılaşdırmaq və prosesdə hər hansı mümkün yenilikləri axtarmaq
təchizatçılarla yeni və mövcud əlaqələri inkişaf etdirmək
təchizat zəncirinə təsir göstərə və ya kəsə biləcək riskləri (məsələn, əməliyyat və ya reputasiya) idarə etmək və minimuma endirmək
davamlılıq hədəflərinə çatmaq üçün təchizat zəncirinin ətraf mühitə təsirini nəzərə alın
yeni texnologiyalar tətbiq etmək və sektorda yeni tendensiyalar və inkişaflardan xəbərdar olmaq.
Göründüyü kimi kifayət qədər böyük öhdəlikli vəzifədir və öhdəliklərin bir çoxu satınalma öhdəliklərini əhatə edir ancaq Azərbaycanda bu işi etdiyini iddia edən və ya elanlarda yazılanların əksəriyyəti bu vəzifəni ifadə etmir, daha çox satınalmanı əhatə edir. Çox iri bir zavod və ya marketlər, istehsalat zənciri olmadığı təqdirdə belə bir öhdəlikli tək vəzifəyə də ehtiyac yoxdur. Belə vəzifə olduğu zaman da müvafiq olaraq satınalma, planlama, anbar, logistika və əməliyyat funksiyalarını icra edən ayrı şöbələr olmalıdır ki təchizat zənciri meneceri onların fəaliyyətini koordinasiya etsin.
Bəs bu sahədə çalışmaq üçün hansı bilik və bacarıqlar tələb olunur?
Xasiyyət - yumşaq bacarıqlar (soft skills)
Analitik düşüncə
Dinləmə
Danışıq və inandırma
Oxuduğunu anlama
Vaxtın idarə edilməsi
İxtisas bilikləri - sərt bacarıqlar (hard skills)
Kompüter sistemləri
Data analizi
Riyaziyyat
İqtisadi-maliyyə bilikləri
Comments