top of page

Satınalmalarda konsorsium müqavilələri

Təchizatçılar satınalmalarda iştirak etmək, təklif təqdim etmək üçün bir sıra hallarda konsorsium yaratmaq məcburiyyətində qalırlar. Bunun səbəblərinə və prosedurlarına keçməzdən əvvəl bu anlayışların Azərbaycan Respublikasında qüvvədə olan qanunvericilikdə, eləcə də beynəlxalq praktikada necə ifadə olunduqlarına və tənzimləndiklərinə baxaq.





Azərbaycan qanunvericiliyində konsorsium

"Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.1.26-cı maddəsində təchizatçı anlayışı aşağıdakı kimi ifadə edilib:

"satınalan təşkilatla bağlanacaq və ya bağlanmış satınalma müqaviləsinin, yaxud çərçivə sazişinin potensial və ya real tərəfi olan fiziki şəxs, hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan birgə fəaliyyət aparmaq üçün hüquqi və (və ya) fiziki şəxslərin müqavilə əsasında yaratdığı müvəqqəti və ya daimi birliyi" 

Konsorsium olaraq ifadə edilən anlayışın ən geniş açıqlaması bu qanunvericilikdə öz əksini tapıb. Konsorsium sözü üçün xüsusi açıqlama qanunvericilikdə yoxdur (tapa bilmədim ən azından) ancaq e-qanun-da axtarış zamanı daha çox xarici şirkətlərlə dövlət dəstəyi ilə ortaq yaradılmış şirkətlər barədə məlumat çıxır.


Azərbaycanda hüquqi şəxslərin təşkilati-hüquqi formaları barədə məlumat Mülki Məcəllədə öz əksini tapıb və kommersiya və qeyri-kommersiya hüquqi şəxslər olaraq bölünüb. Kommersiya hüquqi şəxslər isə aşağıdakı 8 qrupa bölünür:

  1. Tam ortaqlıqlar

  2. Kommandit ortaqlıqları

  3. Məhdud məsuliyyətli cəmiyyətlər

  4. Əlavə məsuliyyətli cəmiyyətlər

  5. Açıq səhmdar cəmiyyətləri

  6. Qapalı səhmdar cəmiyyətləri

  7. Kooperativlər

  8. Digər kommersiya hüquqi şəxsləri


Bütün hüquqi şəxslərin qeydiyyat məsələləri "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" AR Qanunda tənzimlənir.


Vergilər Məcəlləsinin aşağıdakı maddələrində birgə fəaliyyətə dair məlumatlar öz əksini tapıb:

137. Hüquqi şəxs yaratmadan birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər, həmin fəaliyyətdən əldə etdikləri birgə mənfəəti (xərclər çıxılmaqla gəliri) hesabladıqdan sonra, birgə sahibkarlıq fəaliyyətlərinə dair razılığa uyğun olaraq, vergiyə cəlb edilən mənfəəti (xərclər çıxılmaqla gəliri) bu fəaliyyətin iştirakçıları arasında bölürlər.

197.2. Vergitutma obyekti olan, müəssisələr və fərdi sahibkarlar tərəfindən hüquqi şəxs yaratmadan birgə fəaliyyət aparmaq üçün birləşdirilən əsas vəsaitlərin dəyəri (bu Məcəllənin 197.1.1-ci maddəsində göstərilən aktivlər istisna olmaqla), bu əsas vəsaitləri birləşdirən birgə fəaliyyət iştirakçıları tərəfindən vergiyə cəlb edilməsi məqsədləri üçün bəyannaməyə daxil olunur. Birgə fəaliyyət nəticəsində yaradılmış (alınmış) əsas vəsaitlərin dəyəri (bu Məcəllənin 197.1.1-ci maddəsində göstərilən aktivlər istisna olmaqla), isə birgə fəaliyyətin iştirakçıları tərəfindən müqavilə üzrə mülkiyyətdə müəyyən olunmuş pay haqqına müvafiq olaraq bəyannaməyə daxil edilir.

"Consortium" və "Joint venture" terminlərinin izahı və fərqi

Konsorsium (consortium) sözü azərbaycanca Vikipediya saytında aşağıdakı formada izah edilib:

"Konsorsium maliyyə, təşkilati, texniki və ya başqa səbəblərdən bir neçə tərəfdaşın qüvvəsini birləşdirməyi tələb edən irimiqyaslı layihələrin həyata keçirilməsi üçün tərəfdaşların yaratdıqları təşkilati-hüquqi birlik formasıdır. Konsorsium iştirakçıları tam müstəqilliyi saxlayırlar. Birgə formalaşdırılmış rəhbərliyə fəaliyyətlərinin ancaq konsorsiumun məqsədlərinə nail olmağa yönəldən hissəsi ilə tabe olurlar."

Birgə müəssisə (joint venture) anlayışı ingiliscə Vikipediyadan tərcüməsi aşağıdakı kimidir:

"iki və ya daha çox tərəf tərəfindən yaradılan, ümumiyyətlə ortaq mülkiyyət, paylaşılan gəlirlər və risklər və ortaq idarəetmə ilə xarakterizə olunan biznes qurumudur"

Bu terminlər əvəzedici kimi istifadə olunsa da araşdırma nəticəsində öyrəndim ki, ciddi fərqliliklər var. Belə ki, konsorsium ayrıca hüquqi təşkilat yaradılmadan,daha qısamüddətli layihələrin icrası məqsədilə formalaşdırılır, kapitalın bölüşdürülməsi nəzərdə tutulmur və adətən layihə bitdikdən sonra sonra ləğv edilir. Birgə müəssisələrdə isə əksinə.


Satınalma zamanı konsorsium niyə yaradılır?

ChatGpt-dən "Satınalma zamanı konsorsium niyə yaradılır?" soruşduqda 7 başlığa böldü (copy-paste edirəm) :

1. Maliyyə gücünü artırmaq: Böyük layihələr və ya iri satınalmalar üçün kifayət qədər maliyyə resurslarına malik olmaq vacibdir. Bir şirkətin öz maliyyə imkanları kifayət etmədikdə, digər tərəfdaşlarla birgə konsorsium yaradaraq maliyyə gücünü artırmaq mümkündür. Bu, layihəni həyata keçirmək üçün tələb olunan sərmayəni bir neçə tərəfin birgə təmin etməsinə şərait yaradır.
2. Təcrübə və bacarıqların birləşdirilməsi: Müxtəlif şirkətlər müxtəlif sahələrdə öz spesifik təcrübələrinə və bacarıqlarına malikdir. Konsorsium yaradılarkən iştirakçıların hər biri öz unikal təcrübəsini və bacarıqlarını birgə layihəyə yönəldə bilər. Məsələn, bir şirkət mühəndislik sahəsində güclü ola bilər, digəri isə maliyyə və ya hüquqi aspektləri daha yaxşı idarə edə bilər.
3. Risklərin paylaşılması: Böyük satınalmalar və layihələr adətən yüksək maliyyə, texniki və hüquqi risklərlə əlaqədardır. Konsorsium formalaşdırmaqla tərəfdaşlar riskləri öz aralarında bölüşürlər. Bu, bir şirkətin bütün riskləri təkbaşına daşıma ehtimalını azaldır və potensial itkilərin qarşısını alır
4. Qlobal layihələrdə iştirak: Beynəlxalq layihələr və ya satınalmalar zamanı, yerli qanunvericiliyin tələblərinə uyğun olaraq yerli tərəfdaşla işləmək vacib ola bilər. Konsorsium beynəlxalq və yerli şirkətlər arasında bu əməkdaşlığı təmin edir. Məsələn, beynəlxalq bir şirkət yerli bazara daxil olmaq üçün yerli partnyorlarla birgə müəssisə yaradır
5. Layihəyə çıxışı təmin etmək: Bəzi dövlət və ya böyük özəl layihələr üçün tenderlərdə iştirak etmək üçün konsorsium yaratmaq tələb olunur. Bununla, daha güclü birgə qüvvə yaradaraq tender tələblərinə cavab vermək və layihəni qazanmaq şansı artırılır: 
6. Daha yaxşı resursların idarə olunması: Birgə müəssisə yaradaraq, tərəfdaşlar insan resursları, texnologiyalar, infrastrukturlar kimi resursları daha effektiv şəkildə idarə edə bilərlər. Bu da layihənin vaxtında və keyfiyyətlə həyata keçirilməsinə imkan yaradır.
7. Tənzimləyici tələblərə uyğunluq: Bəzi ölkələrdə və sektorlarda tənzimləyici orqanlar müəyyən layihələrin həyata keçirilməsi üçün şirkətlərin konsorsium şəklində birləşməsini tələb edə bilər. Bu, xüsusilə infrastruktur, enerji və digər strateji sahələr üçün aktualdır.

Dövlət satınalmaları qanunvericiliyində konsorsium necə tənzimlənir?

"Şərtlər toplusunun nümunəvi forması"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 dekabr tarixli 503 nömrəli Qərarının "Təchizatçılar üçün təlimat" bölməsində birgə fəaliyyət barədə aşağıdakı məlumatlar öz əksini tapıb:

3.4. "Birgə fəaliyyət göstərmək istəyən təchizatçılar bu məqsədlə tərəflərin hər birinin imzaladığı müqaviləyə və ya müqavilə layihəsi əlavə edilməklə müqavilə bağlamaq barədə tərəflərin hər birinin imzaladığı niyyət məktubuna malik olmalıdır. Bu halda birgə fəaliyyət göstərmək istəyən tərəflərin hər birinin müqavilənin müqavilə şərtlərinə uyğun icrası üçün birgə və fərdi məsuliyyət (jointly and severally liable) daşıması və tərəflər arasındakı iş öhdəliklərinin bölgüsü barədə müddəalar birgə fəaliyyət müqaviləsinə və ya müqavilə layihəsinə daxil edilməlidir. Birgə fəaliyyət onun adından və tərəfləri üçün satınalmada iştirak və müqavilə bağlandıqda isə müqavilənin icrasını təmin etmək məqsədilə müvafiq səlahiyyətə malik nümayəndə təyin edir.

11.2 ...birgə fəaliyyət tərəfindən təqdim edilən təklifə bütün tərəflərin imzaladığı birgə fəaliyyət müqaviləsinin surəti daxil edilməlidir. Alternativ olaraq, satınalmada qalib olacağı təqdirdə birgə fəaliyyət müqaviləsinin icrasına dair niyyət məktubunu bütün tərəflər imzalamalı və birgə fəaliyyət müqavilə layihəsi ilə birlikdə təqdim edilməlidirlər.

20.5.	Birgə fəaliyyət göstərmək istəyən təchizatçılar tərəfindən təqdim edilən təklifin təminatında bütün tərəflərin hüquqi adları göstərilməlidir

"Açıq tender, ikimərhələli tender, qapalı tender və kotirovka sorğusu metodları üzrə təchizatçıların satınalma müqaviləsinin icrası üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, maliyyə imkanlarının və ödəmə qabiliyyətinin olması tələblərinə uyğunluğunun qiymətləndirilməsi meyarları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 dekabr tarixli 494 nömrəli Qərarında təcrübə və maliyyə imkanlarına dair tələblərin konsorsium üzvlərinə tətbiqlə bağlı aşağıdakı tələb mövcuddur:

1.2. Hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan birgə fəaliyyət aparmaq üçün hüquqi və (və ya) fiziki şəxslərin müqavilə əsasında yaratdığı müvəqqəti və ya daimi birlik tərəfindən təqdim edilmiş təklifin tələblərə tam cavab verməsi üçün tərəflərdən birinin məbləğlə ifadə olunan təcrübə və maliyyə imkanları tələblərin ən azı 40 faizini, digərlərinin hər birinin təcrübə və maliyyə imkanları isə tələblərin ən azı 25 faizini ödəməlidir.

Facebook, LinkedinTeleqram səhifələrimizdə konsorsium olaraq qalib olan təchizatçı ilə müqavilənin necə bağlanmasına dair sorğuda müxtəlif əksəriyyət (xüsusilə teleqramda) hər bir üzvün müqavilədə adının qeyd edilməli olduğunu qeyd etsə də əks fikirlər də oldu.


Bir çox halda konsorsium olaraq iştirak edən təchizatçılar yeni müəssisə yaratmırlar, həmin predmet üzrə işlər icra edildikdən sonra birgə fəaliyyətini davam etdirmirlər və belə təchizatçıların maliyyə fəaliyyəti Vergi Məcəlləsində əks olunan "birgə fəaliyyət" normalarına uyğun tənzimlənir (daha ətraflı). Onu da vurğulayım ki, yerli qanunvericilikdə aparıcı tərəfdaş anlayışı yoxdur. Belə olan halda ən yaxşı praktika odur ki, müqavilə imzalanan zaman konsorsium üzvlərinin hər birinin müqavilədə imza möhürü olsun, müqaviləyə konsorsium memorandumu əlavə edilsin (hansı ki, tərəflər orda öhdəliklərini müəyyən etməli, səlahiyyətli nümayəndəni təyin etməli, vergi qanunvericiliyinə görə gəlir bölgüsünü və digər məsələləri qeyd etməlidir)konsorsium üzvləri və VÖEN-ləri qeyd edilməklə onlar adından kiminlə imzalandığı yazılsın. Bank rekvizitləri isə konsorsium üzvlərinin razılaşdırdığı 1 hesab olmalıdır (hər kəsin ödənişini satınalan ayrı-ayrı etməməlidir). Ən azından yekun təhvil-təslim aktında da hər üzvün imza möhürü vurulsun. Çünki belə olmadığı təqdirdə, yəni müqavilədə yalnız bir tərəfin adı daxil edildikdə, iş bitdikdən sonra konsorsiumun digər üzvü heç bir halda həmin işi icra etdiyini tələb olunduqda sübut edə bilməyəcək. Digər tərəfdən hər kəs belə etsə istənilən şəxs gedib köhnə tarixli bir memorandum hazırlayıb istənilən müqaviləni digər şirkətlə ortaq icra etdiyini iddia edə bilər. Son olaraq isə nəzərə alsaq ki konsorsium razılaşması heç bir yerdə qeydiyyata alınmır, ehtimalı yüksəkdir ki, konsorsium üzvləri başda razılığa gələlər ancaq qalib olduqdan sonra prosesi aparan tərəf sonra digər tərəfə məlumat vermədən təkbaşına icra etməyə çalışar ancaq müqaviləyə imza atdırmaqla onun məsuliyyət daşıdığını "yadına salmış" olursunuz.


1 comentario

Obtuvo 0 de 5 estrellas.
Aún no hay calificaciones

Agrega una calificación
Invitado
6 days ago
Obtuvo 5 de 5 estrellas.

Çox aktual movzudur. Əməyininizə sağlıq

Me gusta
bottom of page