Satınalmalarda iştirak haqqının qoyulmasının məqsədi nədir, niyə tətbiq olunmalıdır, hansı hallarda yanlış tətbiq edilir kimi sualların cavabını bu məqalədə cavablandırmışıq.
İştirak haqqı niyə tətbiq edilir
Satınalmada iştirak haqqı 2-i yanlış 1-i doğru olmaqla əsasən aşağıdakı 3 halda tətbiq edilir:
Satınalma xərclərinin qarşılanması üçün (əsas);
Qeyri-ciddi iddiaçıları iştirakdan çəkindirmək (hər qarşına çıxan il elanına CV göndərmək məsəli kimi);
Pul (mənfəət) qazanmaq üçün (karikaturada göstərildiyi kimi).
İştirak haqqı necə formalaşdırılır?
"Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa istinad etsək 2 hesablama metodundan istifadə edilir::
Ehtimal olunan qiymətinin 0,3 faizi və
Tender xərclərinin 1,2 mislindən çox olmamaq şərti ilə
Qeyd edək ki, Qanuna 22 iyun 2021-ci il tarixində edilmiş dəyişikliyə qədər bu tələblər müvafiq olaraq 0,5 faiz və 1,5 misli idi.
Burada maraqlı məqam odur ki, bəzi təşkilatlar bu hesablamalardan hansı yüksək olursa onu seçib iştirak haqlarını şişirdir, nəticədə iddiaçıların iştirak etməkdən çəkindirirlər. Lakin qanunda "və" bağlayıcısının keçməsi bu məbləğlərdən ən azı hansıdırsa onun seçilməli olduğunu göstərir. Məsələ ehtimal məbləğ ilə 5, satınalma xərcləri ilə 3 manat hesablandıqda 3 və 5 manatdan çox olmamalıdır deyildikdə 3 başa düşülür.
Digər tərəfdən satınalma xərci məsələsinə aydınlıq gətirsək, yenə qanuna istinadən xərc deyildikdə tenderin keçirilməsi ilə bağlı bütün xərclər, o cümlədən elan, reklam, tender keçirilən yerin icarəsi, tender komissiyasının maliyyələşdirilməsi, tender sənədlərinin hazırlanması və iddiaçılara çatdırılması xərcləri, həmçinin tenderin keçirilməsi ilə birbaşa əlaqədar olan bütün digər xərclər başa düşülür. Burada yanlış anlaşılan məqamlardan biri tender komissiyasının maliyyələşdirilməsidir. Lakin qanunda maliyyələşdirmə dedikdə komissiyaya cəlb edilən ekspertin xidməti müqavilə xərci nəzərdə tutulur. Digər komissiya üzvləri onsuz da aylıq maaşlarını alırlar.
Son olaraq istənilən metodla iştirak haqqı hesablandıqda satınalmanın baş tutması üçün iştirakçı sayının ən az 3 olmasının tələb edildiyi nəzərə alınaraq iştirak haqqının qeyd olunan üsullardan biri ilə hesablanmış məbləğinin 3-ə bölünərək müəyyən edilməlidir. Belə ki, bu edilmədiyi təqdirdə hər baş tutmuş tenderdə ən az 2 iştirak haqqı qədər mənfəət əldə edilmiş olunur bu da iştirak haqqı prinsipinə ziddir.
İştirak haqlarının geri ödənməməsinə gəlincə isə burada da sui-istifadə halları ola bilir, belə ki iddiaçıdan asılı olmayaraq tender ləğv edildiyi təqdirdə iştirak haqların haqsız olaraq batır. Lakin xüsusilə özəl təşkilatlar bu problemi həll etmək üçün ləğv edilmiş tender yenidən keçirildiyi zaman iştirak haqqı ödəmin iddiaçıların təkrar ödəniş etmədən iştirakı təmin edilə bilər
Comments