Bazar iqtisadiyyatında rəqabətcil satınalma ən sərfəli təklif almaq və dolayısı ilə xərcləri azaldıb mənfəəti artırmaq üçün ən vacib faktorlardan biri hətta birincisidir. Rəqabətcil satınalmanın olması üçün birinci şərt isə sorğulara mümkün qədər daha çox şirkətlərin cəlb edilməsidir. Bunun üçün isə belə sorğuların hər kəsin görə biləcəyi elan platformalarının olmasıdır. Dövlət təşkilatları satınalma sorğularınına dair elanları bildirişləri məcburi olaraq etender.gov.az saytında verirlər bəs özəl təşkilatların belə ehtiyacları yoxdur, varsa hansısa belə portal varmı? Yəqin ki yoxdur, varsa belə elə də çox bilinmir deyə bəzi firmalar işçi axtarış platformaları kimi əlaqəsiz lakin çox istifadəçisi olan (iş axtaranların çox olduğuna görə) JobSearch.az kimi portallarda iş elanları ilə birlikdə (bu gün Cultivating New Frontiers in Agriculture - CNFA və Azərbaycanda GIZ-in Hüquq Proqramı təşkilatlarının 2 elanı qarşıma çıxdı) satınalma sorğuları verilir (və bu çox qeyri-peşəkar görünsə də məcburdurlar). Oxşar elanların olduğu digər bir sayt isə azerweb.az saytıdır hansının ki, məqsədinin nə olduğu bilinmir və 90-ci illərin web formatından istifadə edir.
Görünür ki tam bazar iqtisadiyyatına keçməmişik deyə əksər şirkətlərin mənfəətli çalışmaq marağı hələ də yoxdur çox təəssüf ki...
Belə platformalar yaranıb oturuşana qədər marağı olan firmaların bu tip sorğularını TƏMƏNNASIZ olaraq #Facebook (1275 izləyici) və #LinkedIn (933 izləyici) səhifələrimiz üzərindən paylaşa bilərik. Səhifələrimizin izləyicilərinin əksəriyyətinin satınalmaçılar və təchizatçılar olduğunu nəzərə alsaq daha məqsədəuyğun ola bilər.
Commentaires