top of page
Writer's pictureElşən Həsənov

Əsl satınalma bu deyil!

Updated: Feb 13, 2021

Əksər peşə sahiblərinin öz işinin nədən ibarət olduğunu bilmədiyi və ya bilsə də əməl edə bilmədiyi AzərbayCANımızda satınalma mütəxəssisləri də bu problemdən yan keçə bilməyiblər. Demək olar dünyada yeni sayıla biləcək bu sahə Azərbaycanda lap körpəlik dövrünü yaşayır. Bir az xarici dili bilən, xarici şirkətlərdə və ya layihələrdə işləmək imkanı olan və barmaq sayını keçməyəcək qədər kiçik bir qrup bu sahənin biliklərinə və təcrübəsinə yiyələnə bilsə də sahibkarları bu sahənin vacibliyinə inandırmaq gücünə çata bilməyiblər. Əksər hallarda “otkat” mənbəyi kimi görünən və bunun qarşısını almaq üçün də qohum-əqrəba, dost-tanış kartından istifadə edənlər vəziyyəti bir az da qəlizləşdirib satınalmanın məğzini tamam itiriblər. İşin ən pis tərəfi də çoxları bu məğzi olmayan satınalma “bilikləri” ilə yeni-yeni nəsillərə də dərs keçib yalan-yanlış məlumatlar ötürürlər amma xanımlar və cənablar necə deyərlər “ƏSL SATINALMA BU DEYİL!”. Elə başa düşülə bilər ki, əsl satınalma nə olduğunun izahını bu məqalədə verəcəm amma bu məsələ bir məqalə ilə izah ediləcək qədər sadə deyil. Lakin mümkün qədər istər səhifədəki məqalələrlə və yazılarımla müəyyən qədər açıqlama gətirməyə çalışmışam, indi də bir neçə məqama toxunmaq istəyirəm. Ümumiyyətlə satınalmaçının hansı işlər gördüyünü daha əvvəl “Satınalmaçı kimdir” məqaləsində qısaca təsvir etməyə çalışmışam. Satınalmanın funksiyasına gəlincə isə, satınalmaçı ensiklopedik biliklərə sahib olmalıdır və güclü analiz, eləcə də araşdırma qabiliyyəti olmalıdır, çünki hər bir sektor üzrə satınalma tələbi gələ bilər. Satınalmaçıda olmalı olan digər bir xüsusiyyət isə “sorğulamaq”dır, satınalmaçı şirkətdə polis/audit rolunu oynayır, lazımsız ekstravaqant sifarişlərin qabağını almalı olan ilk şəxs satınalmaçıdır. Əgər bunu bacarmırsa kim nə istəyir hardan istəyir “baş üstə”deyib alırsa (təbii ki söhbət düzgün şərait yaradılmış yerdən gedir) o şəxs özünə satınalmaçı deməməlidir. Bir də ki, nəfsinə sahib çıxmalıdır hər kəs xüsusilə də satınalmaçı, bunun üçün də şirkət rəhbərliyi də yaxşı əlitəmiz satınalmaçını layiqincə dəyərləndirməlidir ki, gözü orda burda olmasın. Bir də keçmişdə “yeyib doymuş” satınalmaçıdan da gələcəkdə düzəməlli biri olmağı gözləmək olmaz, olsa belə elə olmağa nə var ki?! Niyyəti 1 dəfə pozanın bir dəfə də pozmayacağı nə bəlli? Son olaraq da satınalmaçı ləb demədən ləbləbini başa düşəcək qədər tez qavrayan və ləbləbinin nə olduğunu biləcək qədər hərtərəfli olmalıdır. Belə bir satınalmaçı tapdınızsa öpün gözünüzün üstündə saxlayın

תגובות

דירוג של 0 מתוך 5 כוכבים
אין עדיין דירוגים

הוספת דירוג
bottom of page