top of page
Writer's pictureElşən Həsənov

Dövlət satınalmaları haqqında qanunvericilik toplusu

Updated: Aug 5, 2022

Bu günə qədər 20-yə yaxın dəyişiklik edilmiş "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununda istinad edilmiş məsələlərə dair sonuncusu 14 mart 2022-ci il tarixində olmaqla 15 qanun, fərman, qərar və əmrlə qaydalar və tələblər müəyyənləşdirilmişdir və açıqlama verilmişdir.

  1. 29.01.02 “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikasi Prezidentinin Fərmanı №668 (ən son dəyişiklik 21.01.22)

  2. 02.08.02 Tenderin nəticələri haqqında tender komissiyasının yekun protokolunun nümunəsinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı № 124 (ən son dəyişiklik 05.10.21)

  3. 28.10.02 Güzəştlərin tətbiqi və bölünən hissələrin məbləğinin müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı №165 (ən son dəyişiklik 05.09.20)

  4. 28.02.03 “Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinin nümunəsi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı №34 (ən son dəyişiklik 05.10.21)

  5. 25.06.03 Kotirovka sorğusu prosedurunun təşkili və keçirilməsinə dair təlimatın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Satınalmalar üzrə Dövlət Agentliyinin Əmri №12 (ən SONUNCU dəyişiklik 14.03.22)

  6. 20.05.13 Malların (işlərin və xidmətlərin) dövlət satınalmalarının açıq tender və kotirovkalar sorğusu üsulları ilə aparılması üçün minimum məbləğlərin və satınalınan xidmətlər barədə bildirişin beynəlxalq miqyasda geniş yayılan mətbuat orqanında və internetdə dərc edilməsi üçün məbləğin müəyyən edilməsi barədə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının Qərarı №Q-12 (dəyişməyib)

  7. 07.04.17 Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu №566-VQD (müvafiq hissəyə ən son dəyişiklik 01.05.20)

  8. 07.04.17 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu № 567-VQD (müvafiq hissəyə ən son dəyişiklik 27.05.21)

  9. 21.12.18 “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı №556 (ən son dəyişiklik 15.05.20)

  10. 18.03.19 “Malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətlərinin hesablanması üsulları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı № 106 (dəyişməyib)

  11. 19.03.19 “Dövlət satınalmalarına cəlb olunan vəzifəli şəxslərin Davranış Kodeksi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı № 118 (dəyişməyib)

  12. 28.03.19 “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsində nəzərdə tutulmuş halların satınalma müqaviləsinə təsirinin qiymətləndirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı №107 (ən son dəyişiklik 05.10.21)

  13. 16.04.19 “Dövlət satınalmalarının vahid internet portalı haqqında Əsasnamə” nin təsdiq edilməsi barədə Azərbaycan Respublikasi Prezidentinin Fərmanı №647 (ən son dəyişiklik 22.06.21)

  14. 21.12.21 “Açıq tender və ya kotirovka sorğusu üsulunu tətbiq etməklə elektron satınalma vasitəsilə keçirilən satınalmalarda iştirak haqqının məbləğinin, ödənilməsi və ondan istifadə Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı №396 (dəyişməyib)

  15. 29.01.22 “Elektron informasiya ehtiyatlarının (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) dövlət satınalmalarının vahid internet portalına inteqrasiya olunması hədləri”nin təsdiq edilməsi barədə Qərar №38

Yuxarıda qeyd olunan və qeyd olunmayan dövlət satınalmaları haqqında qanunvericilik toplusunun elektron qaydada tam əldə etmək üçün bura keçin.

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
bottom of page